...

UN-Habitat və Azərbaycan WUF13-ün hazırlıq prosesini Nayrobidə media ilə bölüşüb (FOTO)

Cəmiyyət Materials 25 Noyabr 2025 20:52 (UTC +04:00)
UN-Habitat və Azərbaycan WUF13-ün hazırlıq prosesini Nayrobidə media ilə bölüşüb (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev bu gün Keniya Respublikasının paytaxtı Nayrobidə beynəlxalq mediaya 17-22 may 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıqlar barədə məlumat veriblər.

Bu barədə Trend-ə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.

Bildirilib ki, WUF13 Yeni Şəhər Gündəliyinin ortamüddətli icrası baxımından vacib qlobal dəyərləndirmə platforması olacaq.

Bu sessiya Azərbaycanın Respublikasının Keniya və Konqoda fövqəladə və səlahiyyətli səfiri, BMT-nin Nayrobidə daimi nümayəndəsi Sultan Hacıyevin moderatorluğu ilə həyata keçirilib.

A. Rossbax WUF13-ün “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunun aktuallığını vurğulayaraq qeyd edib: “Bu qlobal kontekstdə WUF13 sadəcə bir konfrans yox, həm də Yeni Şəhər Gündəliyi və BMT-nin dayanıqlı şəhər və cəmiyyətlər üzrə Dayanıqlı İnkişaf Məqsədi üçün mühüm bir dəyərləndirmə platformasıdır. Bu Forum üzv dövlət və tərəfdaşlara iqlim böhranı ilə sıx əlaqəli olan qlobal mənzil böhranının həlli istiqamətində öhdəliklərin icrasını qiymətləndirməyə, boşluqları müəyyənləşdirməyə və qarşıdakı onillik üçün prioritetləri formalaşdırmağa imkan verəcək”.

O, 2026-cı ilin qlobal şəhər gündəliyi üçün mühüm il olduğunu da diqqətə çatdırıb.

Rossbax əlavə edib ki, WUF13 çərçivəsində Yeni Şəhər Gündəliyi üzrə nazirlər görüşü keçiriləcək, nəticələr isə 2026-cı ilin qlobal qiymətləndirmə proseslərinə daxil ediləcək. Həmçinin WUF13-də “Dünya şəhərləri üzrə 2026-cı il hesabatı” da təqdim olunacaq.

WUF13-ün milli koordinatoru Anar Quliyev ev sahibi ölkə kimi Azərbaycanın irəli sürdüyü yeni təşəbbüsləri təqdim edərək, ilk dəfə keçiriləcək Liderlərin Zirvə Görüşünün qlobal şəhərsalma prioritetləri üzrə yüksək səviyyəli siyasi dialoq üçün xüsusi platforma olacağını bildirib. O, şəhərlərin və yerli idarəetmələrin müzakirələrin formalaşmasındakı rolunu vurğulayıb, həmçinin innovasiyalar, iqlimə uyğun tikinti və müasir mənzil texnologiyalarının təşviqində özəl sektorun geniş iştirakının əhəmiyyətini qeyd edib.

A. Quliyev bildirib: “WUF13 üzrə hazırlıq işləri tam sürətlə davam edir. Biz bu Forumu dayanıqlılıq, müyəssərlik və təhlükəsizlik prinsiplərinə əsaslanan dünya səviyyəli bir tədbir kimi təşkil etmək üçün bütün təşkilati, logistika və əməliyyat məsələlərini koordinasiyalı şəkildə həyata keçiririk”.

Qeyd edək ki, Keniya Respublikasının paytaxtı Nayrobi şəhərində təşkil olunan bu media brifinqi UN-Habitat-ın İcraiyyə Şurasının 3-cü sessiyası çərçivəsində keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti