...

Gürcüstan 32 xarici vətəndaşı deportasiya edib

Dünya xəbərləri Materials 25 Noyabr 2025 12:25 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Son bir neçə gün ərzində Gürcüstandan 32 xarici vətəndaş deportasiya olunub.

Trend xəbər verir ki, bu barədə Gürcüstan DİN-in miqrasiya departamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ölkə hüdudlarından kənarlaşdırılmış əcnəbilər Hindistan, İran, Kamerun, Çin, Nigeriya, Pakistan, Rusiya, və Türkiyə vətəndaşları olub. Onların Gürcüstana girişinə qadağa qoyulub.

Bundan əvvəl Gürcüstan DİN noyabr açıqlamasında, oktyabr ayı ərzində ölkədən 121 əcnəbinin deportasiya olunduğunu bəyan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti