...

Levandovski “Fənərbaxça”ya keçməkdən imtina edib

İdman Materials 26 Noyabr 2025 05:07 (UTC +04:00)
Levandovski “Fənərbaxça”ya keçməkdən imtina edib

Bakı. Trend:

“Barselona”nın hücumçusu Robert Levandovski qış transfer pəncərəsində “Fənərbaxça”ya keçməkdən imtina edib. Əvvəlcə qeyd edilmişdi ki, türk klubu 37 yaşlı futbolçuya 1,5 illik müqavilə təklif edib.

Trend xəbər verir ki, “Fənərbaxça” futbolçunu yanvarda transfer etməkdə maraqlı idi, lakin polşalı hücumçu bu variantı qəbul etməyib. O, ən azı yayadək hazırkı komandasında qalmaq istəyir.

Levandovskinin Kataloniya klubu ilə müqaviləsi bu mövsümün sonuna qədər qüvvədədir. Hücumçunun gələcəyi ilə bağlı qərar hələ verilməyib.

Xəbər lenti

Xəbər lenti