...

Vyetnamda daşqında ölənlərin sayı 91 nəfərə çatıb

Dünya xəbərləri Materials 25 Noyabr 2025 10:08 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 26-dan Vyetnamın mərkəzi bölgəsində davam edən leysan yağışları və güclü daşqınlar nəticəsində ölənlərin sayı 91 nəfərə çatıb, 11 nəfər isə itkin düşmüş sayılır.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Yerli rəsmilərin məlumatına görə, təbii fəlakət ən çox zərəri Daklak əyalətinə vurub. Adıçəkilən bölgədə 63 nəfər həlak olub, 8 nəfər isə itkin düşmüş kimi qeydiyyata alınıb.

Daklak, Xanxoа, Zyalay və Lamdonq əyalətlərində təbii fəlakət nəticəsində 1100-dən çox yaşayış və inzibati bina dağılıb və ya zədələnib, 201 mindən çox bina isə daşqın suları altında qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti