...

Azərbaycan və Moldova məxfi məlumatların mübadiləsini həyata keçirəcək

Cəmiyyət Materials 25 Noyabr 2025 11:52 (UTC +04:00)
Azərbaycan və Moldova məxfi məlumatların mübadiləsini həyata keçirəcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Moldova arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsində bildirilib ki, 2025-ci il 19 sentyabr tarixində Bakı şəhərində imzalanan bu Saziş Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı mühafizəsi sahəsində əməkdaşlığın hüquqi əsaslarını müəyyən edir.

Sazişin məqsədi tərəflər arasında ötürülən məxfi məlumatların qorunması, onların məxfiliyinin, bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsidir.

Sazişə əsasən, tərəflər məxfi məlumatların qorunması üzrə qarşılıqlı öhdəliklər götürür, bu məlumatlardan yalnız təqdim olunduğu məqsədlər üçün istifadə etməyi və göndərən tərəfin yazılı razılığı olmadan üçüncü tərəflərə verməməyi öhdələrinə götürəcəklər.

Qanun layihəsi səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti