...

Qazaxıstan Azərbaycandan iki gəmi almağı planlaşdırır

İqtisadiyyat Materials 25 Noyabr 2025 11:48 (UTC +04:00)
Qazaxıstan Azərbaycandan iki gəmi almağı planlaşdırır
Madina Usmanova
Madina Usmanova
Bütün xəbərlər

Astana. Trend:

Qazaxıstan Xəzər dənizi ilə konteyner daşımalarını genişləndirmək üçün Azərbaycandan 700 konteyner tutumuna malik 2 gəmi almağı planlaşdırır.

Trend Qazaxıstan hökumətinə istinadən xəbər verir ki, bunu hökumətin iclasında ölkənin nəqliyyat naziri Nurlan Sauranbayev bildirib.

“Kurık limanında “Sarja” adlı çoxfunksiyalı terminalın tikintisi layihəsi həyata keçirilir. Xəzər dənizi vasitəsilə konteyner daşımalarının artırılması üçün 2027-ci ilə qədər Azərbaycandan 700 konteyner tutumlu iki gəminin alınması planlaşdırılır. Həmçinin limanlara gedən dəmir yolu xəttinin buraxıcılıq qabiliyyətinin artırılması istiqamətində iş aparılır. Bu layihələrin həyata keçirilməsi Aktau və Kurık limanlarının buraxıcılıq qabiliyyətini 30 milyon tona çatdırmağa imkan verəcək”, – deyə Sauranbayev qeyd edib.

O, həmçinin vurğulayıb ki, ilin sonuna kimi Aktau limanında Çin şirkəti Lianyunqanq ilə birgə konteyner qovşağının birinci mərhələsinin tikintisi başa çatdırılacaq.

“Ümumilikdə layihənin icrası çərçivəsində konteyner qovşağının gücü ildə 200 min TEU-ya qədər artırılacaq. Bundan əlavə, Aktau limanında liman akvatoriyasının dərinləşdirilməsi və körpülərin modernləşdirilməsi layihələri həyata keçirilir”, – deyə Sauranbayev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti