...

"Mərkəzi Azəri" platformasında region üzrə bp-nin ən uzun horizontal quyusu qazılır

Energetika Materials 25 Noyabr 2025 11:13 (UTC +04:00)
"Mərkəzi Azəri" platformasında region üzrə bp-nin ən uzun horizontal quyusu qazılır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

"Mərkəzi Azəri" platformasında region üzrə bp-nin ən uzun horizontal quyusunu qazırıq – 1.1 km horizontal hissə, innovativ qum filtri ilə.

Trend xəbər verir ki, bunu bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) üzrə regional prezidenti Ciovanni Kristofoli bu gün Bakıda keçirilən SPE 2025 Xəzər Texniki Konfransında deyib.

Onun sözlərinə görə, sualtı boru kəmərlərinin yoxlanılması üçün yeni nəqliyyat vasitələri, robotlar, dronlar tətbiq edilir:

"Obyektlərin optimal işləməsi üçün rəqəmsal əkizlərdən istifadə edirik. Çünki yataqların istehsalı azaldıqca, üst qurğuda təzyiqi cəmi 1 bar (10 psi) artırmaq belə hasilata ciddi təsir edir. Bu isə xırdalığa qədər dəqiq optimallaşdırma tələb edir. Burada da rəqəmsal texnologiyalar əsas rol oynayır.

Yekun olaraq, coğrafiya heç vaxt əngəl deyil. Əngəl yalnız liderlik çatışmazlığı ola bilər. Amma bizdə həm ehtiyac var, həm də texnologiyaya açıq düşüncə tərzi. Bu isə bizi gələcək inkişaf üçün çox güclü mövqeyə gətirir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti