...

Moldovada evin damına PUA düşüb

Dünya xəbərləri Materials 25 Noyabr 2025 12:50 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Moldovanın hava məkanına pilotsuz uçuş aparatı daxil olub. PUA Floreşt rayonun yaxınlığında evlərdən birinin damına düşüb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Hadisə yerinə partlayıcı vasitələrin zərərsizləşdirilməsi üzrə mütəxəssislər göndərilib, dronun düşdüyü ərazidəki insanlar təxliyə olunub.

Bundan əvvəl Moldovanın sərhəd polisi Ukrayna ərazisindən ölkənin hava məkanının naməlum mənşəli pilotsuz uçuş aparatı tərəfindən pozulduğunu, daha sonra isə onun Rumıniya ilə sərhədi keçdiyini xəbər vermişdi.

Rumıniya Milli Müdafiə Nazirliyi də ölkənin hava məkanının pozulmasını təsdiqləyib. Bəyanatda qeyd olunub ki, səhər radar sistemləri Tulçea əyaləti yaxınlığında hədəfi aşkarlayıb və saat 06:28-də Mihail Kogalniceanu Hava Bazasından vəziyyəti izləmək üçün iki “Eurofighter Typhoon” təyyarəsi havaya qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti