Bakı.Trend:
Energetika naziri Pərviz Şahbazov Bakı, Sumqayıt şəhərləri və Göyçay rayonundan olan vətəndaşları qəbul edib.
Trend xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirlikdə təşkil olunmuş qəbul zamanı qaz təchizatı, qaz sərfiyyatı üzrə borcun yaranması, elektrik və istilik enerjisi təchizatı, elektrik və qaz sayğaclarının quraşdırılması, işlə təminat və digər istiqamətlərdə müraciətlər dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin vətəndaş qəbulu qrafiki nazirliyin rəsmi internet saytında yerləşdirilib.
