Bakı. Trend:
Avropa İttifaqına üzv ölkələr Rusiyanın Avropada dondurulmuş aktivlərindən istifadə məsələsi ilə bağlı qərarı yaxın günlərdə qəbul etməyə hazırlaşır.
Trend xəbər verir ki, bunu Fransanın Prezidenti Emmanuel Makron açıqlayıb.
Makronun sözlərinə görə, belə bir addım Ukraynaya “aydın bir perspektiv” yaradacaq və Rusiyaya göstərilən təzyiqin davam etməsinə yardım edəcək.