...

Rusiya səfiri Moldova XİN-ə çağırılıb

Dünya xəbərləri Materials 25 Noyabr 2025 16:46 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyaya məxsus olduğu iddia olunan pilotsuz uçuş aparatlarının Moldova hava məkanını pozması ilə əlaqədar Rusiyanın ölkədəki səfiri Oleq Ozerov Moldovanın xarici işlər nazirliyinə çağırılıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Moldovanın XİN-i bir neçə pilotsuz uçuş aparatı tərəfindən hava məkanının kobud şəkildə pozulmasını, eləcə də onlardan birinin Floreşti rayonunun Aşağı Kuqureşti yaşayış məntəqəsində qəzaya uğramasını qınayıb.

Qurumun məlumatına görə, bu hadisə vətəndaşların təhlükəsizliyinə təhdid yaradır.

“Bu səbəbdən Rusiya Federasiyasının fövqəladə səlahiyyətli səfiri sabah saat 14:00-da bu yolverilməz hərəkətlərlə bağlı izahat vermək üçün XİN-ə çağırılacaq. Moldova Respublikası regionda sülh və sabitliyin qorunmasına sadiq olaraq qalır”,- nazirliyin bəyanatında qeyd olunub.

Moldovanın Müdafiə Nazirliyi noyabrın 25-i səhər saatlarında altı PUA-nın ölkə ərazisinə daxil olduğunu bildirib. Dronlar icazəsiz şəkildə sərhədi keçib və hava məkanına nəzarət sistemləri tərəfindən qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti