Bakı. Trend:
2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyə ərazisi üzrə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri vasitəsilə 172,788 milyon barel neft nəql edilib.
Bu barədə Trend Türkiyənin BOTAŞ şirkətinə istinadən xəbər verir.
Müqayisə üçün, 2024-cü ilin eyni dövründə bu göstərici 183,945 milyon barel olub. Beləliklə, nəql olunan həcm 6%-dan çox azalıb.
2025-ci ilin oktyabr ayında BTC vasitəsilə Türkiyə ərazisindən 16,601 milyon barel neft nəql olunub ki, bu da 2024-cü ilin oktyabr ayı ilə müqayisədə 12,7% azdır (19,020 milyon barel).
Xatırladaq ki, 2024-cü ilin yekunlarına əsasən, Türkiyə ərazisi üzrə Bakı–Tbilisi–Ceyhan kəməri vasitəsilə 224,14 milyon barel neft nəql edilib.
BTC Co.-nun səhmdarları bunlardır: bp (30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), ITOCHU (3,40%), ONGC Videsh (3,10%), ExxonMobil (2,50%) və INPEX (2,50%).
