...

Bakıda Azərbaycan-Belarus hərbi mütəxəssisləri əməkdaşlıq planlarını müzakirə edib

Cəmiyyət Materials 25 Noyabr 2025 17:44 (UTC +04:00)
Bakıda Azərbaycan-Belarus hərbi mütəxəssisləri əməkdaşlıq planlarını müzakirə edib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Hərbi əməkdaşlıq çərçivəsində noyabrın 25-də Bakı şəhərində Azərbaycan və Belarus Müdafiə nazirliklərinin hərbi mütəxəssisləri arasında görüş keçirilib.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində təşkil edilən görüşdə hərbi sahədə təcrübə mübadiləsi, o cümlədən birgə təlimlərin təşkili, qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi və əməkdaşlıq planının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər konstruktiv və işgüzar şəraitdə keçən görüş zamanı maraq doğuran bir sıra digər məsələləri də müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti