...

Avstraliya 16 yaşdan kiçiklərin sosial şəbəkələrə girişini tam qadağan edir

Dünya xəbərləri Materials 25 Noyabr 2025 07:26 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avstraliya hökuməti sosial media platformalarına 10 dekabr tarixindən etibarən 16 yaşdan kiçik istifadəçilərin xidmətlərə girişini tamamilə bloklamaq üçün “məqbul tədbirlər” tətbiq etməyi əmr edib.

Trend-in “BBC”yə istinadən verdiyi məlumata görə, mövcud uşaq hesabları silinməli və ya deaktiv edilməlidir. Avstraliya bu cür sərt qadağanı tətbiq edən ilk ölkədir və qərarı əhalinin böyük hissəsi, xüsusən də valideynlər dəstəkləyir.

Rəsmi qurumlar bildirir ki, sosial şəbəkələr uşaqlar üçün ciddi təhlükə yaradır: platformalar onları ekrana daha uzun müddət baxmağa sövq edir və bu, yeniyetmələrin sağlamlığına və emosional vəziyyətinə mənfi təsir göstərir.

Qeyd edək ki, gələn ildən Malayziya da uşaqların qorunması məqsədilə oxşar qayda tətbiq etməyi, yəni 16 yaşdan kiçiklərin sosial mediada qeydiyyatdan keçməsini qadağan etməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti