...

SOCAR gələn il ən iri seysmik proqramını işə salmağa hazırlaşır

Energetika Materials 25 Noyabr 2025 15:49 (UTC +04:00)
SOCAR gələn il ən iri seysmik proqramını işə salmağa hazırlaşır
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

SOCAR 2026-cı ildə ən iri seysmik proqramını işə salmağa hazırlaşır.

Trend xəbər verir ki, bunu SOCAR-ın rezervuarların inkişafı üzrə meneceri Murad Seyidov bu gün Bakıda keçirilən SPE Xəzər Texniki Konfransında deyib.

Onun sözlərinə görə, şirkət gələn ildən etibarən SOCAR tarixində ən iri seysmik tədqiqat proqramının icrasına başlayacaq ki, bu da yetkin yataqlardakı ehtiyatların daha dəqiq xəritələndirilməsinə xidmət edəcək.

“2026-cı ilin seysmik proqramı SOCAR tarixində ən iri seysmik proqram olacaq və onun əsas məqsədi yeraltı ehtiyatların dəqiq müəyyən edilməsidir”,- deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti