Bakı. Trend:
Bakının bir sıra yollarında tıxac müşahidə olunur.
Trend xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası
istiqamətində;
2. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli
məktəb-lisey istiqamətində;
3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti
istiqamətində;
4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti
istiqamətində;
5. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən
Atatürk prospekti ilə kəsişməyə qədər;
6. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
8. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
9. Aeroport şosesi, hava limanı istiqamətində;
10. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov
küçəsi ilə kəsişməyə qədər;
11. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə
qədər;
12. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
13. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz
istiqamətində;
14. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
15. Bakıxanov küçəsi, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən
"Statistika" dairəsi istiqamətində;
16. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;
17. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində sıxlıq
müşahidə olunur.
