Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Konqresə ictimai teleyayım şirkətlərinin – NPR (National Public Radio) və PBS (Public Broadcasting Service) – federal maliyyələşdirilməsinin dayandırılması barədə sorğu göndərib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson məlumat verib.
Söhbət ümumilikdə 9,4 milyard dollara yaxın federal büdcə vəsaitindən gedir.
“Bu gün Nümayəndələr Palatası Ağ evdən Dövlət Departamentinə və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinə (USAID), eləcə də "NPR" və "PBS"i maliyyələşdirən İctimai Yayım Korporasiyasına ayrılmış 9,4 milyard dollarlıq israfçı xərclərin ləğvi barədə təqdim olunmuş rəsmi sorğunu qəbul edib”, – deyə o, “Facebook”da yazıb.
Consonun sözlərinə görə, müvafiq qanun layihəsi gələn həftə ABŞ parlamentinin aşağı palatasının müzakirəsinə təqdim olunacaq.
