...

ABŞ-yə məxsus "MQ-9 Reaper" Koreya sahillərində qəzaya uğrayıb

Dünya xəbərləri Materials 24 Noyabr 2025 23:40 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikaya məxsus "MQ-9 Reaper" tipli pilotsuz uçuş aparatı Koreya Respublikasının qərb sahillərində, Kunsan hava bazası yaxınlığında dənizə düşüb.

Trend xəbər verir ki, hadisə barədə məlumatı Yonhap agentliyi yayıb.

Bildirilib ki, insident yerli vaxtla saat 04:35 radələrində Maldori adası yaxınlığında planlaşdırılmış missiya zamanı baş verib.

ABŞ ordusu yerli sakinlər arasında itki və ziyanın olmadığını açıqlayıb. Hadisə ilə bağlı araşdırma aparılır, pilotsuz aparatın axtarış-xilasetmə əməliyyatı isə davam edir.

Xəbər lenti

Xəbər lenti