...

Azərbaycan və Gürcüstan hərbi institutları arasında təhsil imkanları təqdim edilib

Cəmiyyət Materials 24 Noyabr 2025 17:53 (UTC +04:00)
Azərbaycan və Gürcüstan hərbi institutları arasında təhsil imkanları təqdim edilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Noyabrın 24-də Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda Gürcüstan Müdafiə Nazirliyinin "Müdafiə İnstitutlarının Qurulması Məktəbi"nin (DIBS) rəhbər heyəti ilə görüş keçirilib.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşün məqsədi Azərbaycan və Gürcüstan respublikaları Müdafiə nazirlikləri arasındakı "Müdafiə və Təhlükəsizlik üzrə Strateji Proqram" çərçivəsində təhsil üzrə ekspertlərlə görüşmək, həmçinin Azərbaycanın təhlükəsizlik, müdafiə siyasəti ilə tanış olmaq olub.

Nümayəndə heyətinə təqdim olunan brifinqdə İnstitutun yaranma tarixi, missiyası, tədris strukturu, tədris proqramları və təhsil istiqamətləri barədə ətraflı məlumat verilib, eləcə də qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Daha sonra nümayəndələrin tədris imkanlarını yaxından tanıması üçün təhsil gəzintisi təşkil olunub və Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan islahatlar və tətbiq olunan yeniliklər barədə məlumat çatdırılıb.
Sonda tərəflər arasında qarşılıqlı hədiyyələr təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti