...

Ulduzlararası kosmik obyekt sürətlə Yerə yaxınlaşır

Dünya xəbərləri Materials 24 Noyabr 2025 19:34 (UTC +04:00)
Ulduzlararası kosmik obyekt sürətlə Yerə yaxınlaşır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ulduzlararası kosmik obyekt - “3I/ATLAS” 23 noyabr səhəri Yerə 300 milyon kilometrlik məsafədən daha yaxınlaşıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Bildirilir ki, bu məsafəni hər gün 2 milyon kilometr azalmağa davam edir.

“Mövcud bazar günü, Moskva vaxtı ilə təxminən 07:30-da ulduzlararası "kometa-gəmi" Yerə olan 300 milyon kilometrlik psixoloji baxımdan önəmli sərhədi keçdi və hazırda planetə olan məsafəni sutkada təxminən 2 milyon kilometr azaltmaqda davam edir. Obyektin Yerə yaxınlaşması əsasən elə Yerin özünün səyi hesabına baş verir, çünki hazırda Yerin orbit üzrə hərəkəti demək olar ki, dəqiq şəkildə 3I/ATLAS-ın göydə hərəkət etdiyi nöqtəyə tuş gəlir”, - məlumatda qeyd olunub.

Alimlər dəqiqləşdiriblər ki, kometanın trayektoriyasını Günəşə nisbətən nəzərdən keçirdikdə, onun artıq Günəş sistemindən çıxış yolunda olduğu görünür, lakin buna baxmayaraq Yerə yaxınlaşmaqda davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti