...

Azərbaycan və Estoniya arasında dəmir yolu sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Cəmiyyət Materials 24 Noyabr 2025 18:20 (UTC +04:00)
Azərbaycan və Estoniya arasında dəmir yolu sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

24 noyabr tarixində Bakıda “AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov və Estoniya Dəmir Yollarının (“AS Eesti Raudtee”) rəhbəri Kaido Zimmermann arasında görüş keçirilib.

Trend xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Tərəflər qarşılıqlı əməkdaşlığın yüksələn xətlə inkişafından məmnunluq ifadə edib, Azərbaycandan keçən beynəlxalq dəhlizlər üzərindən Çindən Avropaya yük axınının artırılması istiqamətində daha sıx əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Rövşən Rüstəmov Estoniyanın dəmir yolu sahəsində rəqəmsal həllər və ağıllı logistika üzrə təcrübəsinin birgə təşəbbüslər üçün imkanlar yaratdığını, Azərbaycanın Orta Dəhlizlə bağlı strateji mövqeyinin Estoniya və geniş spektrdə Baltik regionu üçün Mərkəzi Asiya və Çinə səmərəli çıxışı təmin etdiyini bildirib.

Qeyd olunub ki, Azərbaycan tərəfindən son dövrlərdə Orta Dəhlizin inkişafını dəstəkləyən mühüm addımlar atılıb. Belə ki, Bakı–Tbilisi–Qars xəttinin yükburaxma gücü illik 5 milyon tona çatdırılıb, Bakı Limanının ADY-yə inteqrasiyası ilə multomodal yükdaşımalar sürətlənib, həmçinin Gürcüstan və Qazaxıstanla əməkdaşlıq çərçivəsində bu dəhlizin inkişafı üçün birgə müəssisə təsis edilib.

Estoniya Dəmir Yollarının rəhbəri Kaido Zimmermann görülən işləri yüksək qiymətləndirib, ADY ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib.

Tərəflər daha geniş əməkdaşlığın regional müstəvidə də nəqliyyat bağlantısını gücləndirəcəyinə və Avropa ilə Asiyanı birləşdirən müasir, effektiv və dayanıqlı nəqliyyat sisteminə töhfə verəcəyinə əminlik ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti