...

Tailandda 160 minə yaxın insan bu səbəbdən təxliyə olunacaq

Dünya xəbərləri Materials 24 Noyabr 2025 20:02 (UTC +04:00)
Tailandda 160 minə yaxın insan bu səbəbdən təxliyə olunacaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tailandın cənubundakı Sonqxla əyalətində daşqınlarla bağlı vəziyyətin daha da kəskinləşməsi səbəbindən Hatyay şəhər sakinlərinin təcili təxliyə olunmalarına göstəriş verilib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, şəhərdə təxminən 160 min nəfər yaşayır. Noyabrın 21-də yağan leysan yağışlarla əlaqədar yerli çaylarda su səviyyəsinin kəskin artımı gözlənilir. Əyalətin 16 rayonu hökumət tərəfindən təbii fəlakət zonası elan edilib.

Tailandın cənubunda baş verən təbii fəlakətdən ümumilikdə 635 mindən çox insan zərər çəkib. Bir nəfərin həlak olduğu artıq dəqiqləşib. Bölgədə yağıntıların ən azı şənbə gününə qədər davam edəcəyi proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti