...

AzMİU ilə Türk Dövlətləri Beynəlxalq Universiteti arasında akademik əməkdaşlıq Memorandumu imzalanıb (FOTO)

Cəmiyyət Materials 24 Noyabr 2025 17:30 (UTC +04:00)
AzMİU ilə Türk Dövlətləri Beynəlxalq Universiteti arasında akademik əməkdaşlıq Memorandumu imzalanıb (FOTO)

Bakı. Trend:

Daşkənd Dövlət Nəqliyyat Universitetinin prorektoru və Türk Dövlətləri Beynəlxalq Universitetinin rektoru professor Bahodir Turaev Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) qonaq olub. Qonaq AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova tərəfindən qəbul edilib. Görüşdə AzMİU və Türk Dövlətləri Beynəlxalq Universitetinin nümayəndələri də iştirak ediblər.

Müqavilə imzalanmazdan öncə hər iki rektor çıxış edərək Özbəkistan ilə Azərbaycan arasında son illər güclənən əməkdaşlıq əlaqələrinə, Prezident İlham Əliyevin və Prezident Şövkət Mirziyoyevin qarşılıqlı səfərlərinə, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində inkişaf edən qardaşlıq münasibətlərinə diqqət çəkiblər. Bu münasibətlərin universitetlər arasında əməkdaşlıq üçün geniş perspektiv yaratdığı vurğulanıb.

Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə müzakirələr aparılıb və əməkdaşlıq imkanları nəzərdən keçirilib. Xüsusilə Daşkənd Dövlət Nəqliyyat Universiteti ilə nəqliyyat, logistika və digər uyğun profilli ixtisaslar üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.

Nəticədə, AzMİU və Türk Dövlətləri Beynəlxalq Universiteti arasında Memorandum imzalanıb. Memorandum tərəflər arasında akademik əməkdaşlığı gücləndirməyi, müəllim, tələbə və işçi heyət mübadiləsini təşviq etməyi, birgə tədqiqat layihələri həyata keçirməyi, simpoziumlar, konfranslar və qısa kurslar təşkil etməyi nəzərdə tutur.

Tərəflər həmçinin tədris və idarəçilik praktikalarını paylaşacaq, ekoloji idarəetmə ilə bağlı birgə fəaliyyətlərdə iştirak edəcək və elmi-metodik nəşrləri mübadilə edəcəklər.

Memorandum eyni zamanda koordinasiya edilən layihələr üçün resurs və infrastruktur istifadəsini təmin edir. Bu əməkdaşlıq universitetlərin beynəlxalq əlaqələrinin gücləndirilməsi və təhsil, elmi tədqiqat sahələrində inkişafın sürətləndirilməsi üçün mühüm addım hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti