...

U-23 Avropa çempionatı: İki boksçumuz 1/4 finala yüksəliblər

İdman Materials 24 Noyabr 2025 22:27 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Macarıstanın paytaxtı Budapeştdə boks üzrə U-23 Avropa çempionatı davam edir.

Trend xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha iki boksçusu növbəti mərhələyə yüksəlib.

55 kiloqram çəki dərəcəsində Amin Məmmədzadə 1/8 finalda ispan Friha İsmail Maqraovi ilə qarşılaşıb. Boksçumuz rəqibini 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:25) hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb. O, növbəti döyüşünü gürcüstanlı Qor Ayvazyanla keçirəcək.

60 kiloqramda çıxış edən Tağı Nəsibov da ilk görüşündə qalib olub. Təmsilçimiz polşalı Yakub Krzpyeti 4:1 (29:28, 28:29, 29:28, 30:27, 29:28) hesabı ilə üstələyib. Nəsibov növbəti mərhələdə irlandiyalı Qavin Ryanla üz-üzə gələcək.

Tağı Nəsibov yarımfinal uğrunda sabah, Amin Məmmədzadə isə noyabrın 26-da rinqə çıxacaq.

Avropa çempionatı noyabrın 29-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti