...

Polşa suborbital raketin sınaqlarını uğurla həyata keçirib

Dünya xəbərləri Materials 25 Noyabr 2025 00:43 (UTC +04:00)
Polşa suborbital raketin sınaqlarını uğurla həyata keçirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Polşa öz istehsalı olan suborbital raketin sınaqlarını uğurla keçirib.

Trend-in məlumatına görə, bunu Polşa müdafiə nazirinin müavini Çezari Tomçik açıqlayıb.

O bildirib ki, Ustkadakı Mərkəzi Hərbi Hava Qüvvələrinin sınaq poliqonunda Hərbi Texniki Silahlanma İnstitutu, Lodzdakı 1 saylı Hərbi Təyyarə Zavodu və Qamrat şirkətindən ibarət konsorsium tərəfindən hazırlanmış üç mərhələli suborbital raket uğurla buraxılıb.

Nazir müavininin sözlərinə görə, sınaq zamanı qarşıya qoyulan bütün məqsədlərə nail olunub: raketin mərhələlər üzrə ayrılması, kosmosda müəyyən edilmiş nöqtəyə istiqamətləndirmə və təyin olunmuş trayektoriya üzrə uçuş. Raket 65 km hündürlüyə qalxaraq təhlükəsiz və sabit uçuşunu tamamlayıb və əsas yerli texnologiyaların işləkliyini təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti