...

Azərbaycan və Oman ədliyyə sahəsində Anlaşma Memorandumu imzalayıb

Cəmiyyət Materials 24 Noyabr 2025 17:30 (UTC +04:00)
Azərbaycan və Oman ədliyyə sahəsində Anlaşma Memorandumu imzalayıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Respublikasının Ədliyyə naziri Fərid Əhmədov Səudiyyə Ərəbistanına işgüzar səfəri çərçivəsində Oman Sultanlığından olan həmkarı Dr. Abdullah bin Mohammed Alsaidi ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Ədliyyə nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirdə ədliyyə sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, hüquqi yardım, ekstradisiya və məhkum edilmiş şəxslərin verilməsi sahəsində müqavilə-hüquqi bazanın yaradılması müzakirə olunub, qarşılıqlı səfərlərin intensivləşdirilməsinin və təcrübə mübadiləsinin genişləndirilməsinin hüquqi əməkdaşlığı daha da gücləndirəcəyi bildirilib.

Görüş çərçivəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Oman Sultanlığının Ədliyyə və Hüquq İşləri Nazirliyi arasında “Ədliyyə və hüquq sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Bir çox sahə üzrə təcrübə mübadiləsini nəzərdə tutan sənədin qarşılıqlı faydalı olacağı və iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcəyi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti