...

Tramp Si Cinpinlə telefon danışığının detalları açıqlanıb

Dünya xəbərləri Materials 24 Noyabr 2025 22:42 (UTC +04:00)
Tramp Si Cinpinlə telefon danışığının detalları açıqlanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə telefon danışığının təfərrüatlarını açıqlayıb.

Trend-in məlumatına görə, dövlət başçısı bunu “Truth Social” hesabında bildirib.

“Mənim indicə Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə çox yaxşı telefon danışığım olub. Biz geniş mövzuları, o cümlədən Rusiya–Ukrayna müharibəsini, fentanil, soya və digər kənd təsərrüfatı məhsulları ilə bağlı məsələləri müzakirə etdik. Böyük fermerlərimiz üçün yaxşı və çox vacib bir müqavilə bağladıq və bu, daha da yaxşı olacaq. Çinlə münasibətlərimiz müstəsna dərəcədə güclüdür!”, – paylaşımda qeyd olunub.

Tramp əlavə edib ki, Si Cinpin 2026-cı ildə ABŞ-yə dövlət səfəri edəcək: “Prezident Si məni aprel ayında Pekinə səfərə dəvət etdi və mən bunu qəbul etdim. O da ilin sonunda ABŞ-də dövlət səfəri ilə qonağım olacaq. Biz müntəzəm ünsiyyət qurmağın vacibliyi barədə razılığa gəldik və mən bunu səbirsizliklə gözləyirəm”, – deyə Tramp bildirib.

Xəbər lenti

Xəbər lenti