...

Bu ölkədə hərbi xərclər artırılacaq

Dünya xəbərləri Materials 24 Noyabr 2025 19:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Belçika hökuməti qarşıdan gələn büdcədə hərbi xərclərin 2025-ci ildə ÜDM-in 1,4%-dən 2026-cı ildən başlayaraq 2%-ə qədər artırılmasını razılaşdırıb.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, bu qərar bazar ertəsi ölkə əhalisinin həyat səviyyəsinin aşağı düşməsinə qarşı başlayan üçgünlük ümumxalq tətili fonunda qəbul edilib.

Belçikanın müdafiə və xarici ticarət naziri Teo Franken ölkənin NATO-ya töhfəsini artırmaq üçün yaxın illərdə Belçikanın müdafiə xərclərini 34 milyard avro artırmaq planını təşviq edir.

Lakin büdcə hələ tam razılaşdırılmayıb. Hökumət koalisiyasındakı beş partiya büdcə gəlirləri maddələri ilə bağlı bir sıra qərarlar qəbul etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti