Bakı. Trend:
Dələduzluqda təqsirləndirilən Mirheydər İsmayılov və onunla birgə ittiham edilən digər şəxslərin sonuncu məhkəmə prosesi keçirilib.
Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Mirheydər İsmayılov 8 il, Murad Həziyev 10 il 6 ay, Emil Rəsulov, Samir İbrahimov, Zamiq Əbdürrəhmanov, Murad Həziyev 1 il sınaq müddəti olmaqla şərti cəza verilib.
Səbinə İsmayılovaya cəza təyin edilməyib.
Qeyd edək ki, təqsirləndirlən şəxslər Cinayət Məcəlləsinin 178.4-cü ( Dələfuzluq, xüsusilə külli-miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.
