...

Maestro Niyazinin “Çitra” baletinin “Final” rəqsi ABŞ-də səsləndirilib (FOTO)

Cəmiyyət Materials 24 Noyabr 2025 20:56 (UTC +04:00)
Maestro Niyazinin “Çitra” baletinin “Final” rəqsi ABŞ-də səsləndirilib (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Ostin şəhərində yerləşən Texas Universitetinin “Bates Recital Hall” zalında ABŞ-də yaşayan azərbaycanlı musiqiçi, dirijor Fərhad Xudiyevin konserti olub.

Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Konsertdə Texas Simfonik Orkestrinin direktoru Fərhad Xudiyevin dirijorluğu ilə maestro Niyazinin “Çitra” baletindən “Final” rəqsi ABŞ-də ilk dəfə səsləndirilib. Bu ifa böyük coşqunluqla qarşılanıb və alqışlara səbəb olub. Dmitri Şostakoviçin 10-cu Simfoniyasından seçilmiş parçalar da izləyicilərin zövqünü oxşayıb.

Konsert proqramında Fərhad Xudiyevin repertuar seçimi musiqinin sərhədləri aşan, mədəniyyətləri birləşdirən gücünü bir daha nümayiş etdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti