Bakı. Trend:
Yeni Zelandiyanın ən hündür zirvəsi olan – Aorakidə iki alpinist yıxılaraq ölüb, digər iki şəxs isə xilas edilib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Kuk dağına dırmaşmış alpinistlər çıxılmaz vəziyyətdə qaldıqları ilə bağlı bazar ertəsi həyəcan siqnalı göndəriblər.
Hadisə yerinə helikopterlə yollanan xilasedicilər sağ qalan alpinistlərin təxliyəsindən sonra dağdan aşaniki alpinistin də cansız bədənini aşkarlayıblar.
