Bakı. Trend:
Rusiya prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Trend xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Ukrayna ətrafındakı vəziyyətlə bağlı, o cümlədən münaqişənin sülh yolu ilə nizamlanması üzrə ABŞ təklifləri kontekstində fikir mübadiləsi aparıldı. Putin qeyd edib ki, bizə təqdim olunan variantda bu təkliflər Alyaskada keçirilmiş Rusiya–ABŞ sammitindəki müzakirələrin məntiqinə uyğundur və ümumilikdə yekun sülh razılaşmasının əsasını təşkil edə bilər”, – məlumatda deyilir.
Qeyd olunur ki, Rəcəb Tayyib Ərdoğan danışıqlar prosesinə hərtərəfli dəstək vermək niyyətini ifadə edib. Ərdoğan danışıq məkanı kimi bir daha İstanbulu təklif edib.
