...

Bakıda MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclası işə başlayıb (FOTO)

İqtisadiyyat Materials 25 Noyabr 2025 11:53 (UTC +04:00)
Bakıda MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclası işə başlayıb (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bakıda MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclası işə başlayıb.

Trend xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, tədbirdə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Gürcüstan, İran, Ermənistan, Latviya, Estoniya və Əfqanıstan dəmiryol administrasiyalarının, eləcə də Dəmir Yolları Əməkdaşlıq Təşkilatı (OSJD), MDB-nin İcraiyyə Komitəsi, Dəmiryolçuların Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının rəhbər heyətləri iştirak edirlər.

İclasda MDB dəmir yolu şəbəkəsinin 2025-ci ilin ilk doqquz ayındakı fəaliyyəti, beynəlxalq daşımalar üçün yük və konteyner qatarlarının formalaşdırılması, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, 2026-cı il üçün beynəlxalq yükdaşıma tarifi siyasəti və digər məsələlər təşkil edir.

İclas noyabrın 26-dək öz işini davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti