Bakı. Trend:
Fransa Prezidenti Emmanuel Makron ölkənin milli hərbi xidmətində aparılan islahatların fransızların Ukraynada cəbhə xəttinə göndərilməsinə xidmət etdiyi ilə bağlı yayılan məlumatları təkzib edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Bizə silahlı qüvvələrimizlə dövlətimiz arasında qarşılıqlı əlaqəni gücləndirmək lazımdır. Amma biz həqiqətən, guya “gənclərimizi Ukraynaya göndərmək istəyirik” kimi istənilən yalnış təsəvvürü aradan qaldırmalıyıq”
Qeyd edək ki, Fransada məcburi hərbi xidmət Jak Şerakın prezident olduğu illərdə, 1990-cı illərin sonlarında ləğv olunub.
