Bakı. Trend:
NATO baş katibi Mark Rütte Ukrayna üzrə “İstəklilər koalisiyasının” telekonfransında iştirak edəcək.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.
“NATO-nun baş katibi Mark Rütte Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniya Baş Naziri Kir Starmer tərəfindən təşkil edilən Ukrayna üzrə “İstəklilər koalisiyasının” videokonfransında iştirak edəcək”, - deyə məlumatda bildirilib.
Bundan əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirmişdi ki, “İstəklilər koalisiyasının”nın videokonfransının əsas mövzusu ABŞ-nin Ukrayna ilə bağlı sülh təşəbbüslərinin müzakirəsi, eləcə də Kiyevə hərbi və maliyyə dəstəyinin davam etdirilməsi olacaq.
