Bakı. Trend:
Braziliyada keçirilən motosiklet şousu zamanı 23 yaşlı italyan yarışçı Lurrike Ferrari ağır qəza nəticəsində həyatını itirib.
Trend xəbər verir ki, idmançı maneələr arasında tullanma edərkən sürəti düzgün hesablamayıb və dəbilqəsi ilə maneəyə çırpılıb.
Hadisədən dərhal sonra tibb işçiləri ona yardım göstərsələr də, vəziyyəti kritik olduğundan o, təcili olaraq “Marieta Konder Bornhauser” xəstəxanasına aparılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, aldığı xəsarətlər Lurrikenin həyatını xilas etməyə imkan verməyib.
Ailəsi jurnalistlərə bildirib ki, Lurrike təxminən bir ildir həmin şouda çalışırdı və işini çox sevirdi. O, həmçinin boş vaxtlarında ailəsinə məxsus burger restoranında işləyərək yardım edirdi.
