Bakı. Trend:
PwC Azərbaycan “Beynəlxalq Bankçılıq Forumunda” (IBF-2025) iştirak edərək maliyyə sektorunda innovasiyaların tətbiqi və dayanıqlı inkişafın təmin olunmasına önəm verdiyini nümayiş etdirib. Geniş Əminlik Xidmətləri və ESG (Ətraf mühit, Sosial məsuliyyət və Korporativ idarəetmə) praktikasının rəhbəri Günay Əsgərova bank sektorunda dəyişən risklər və mövcud qanunvericilik tələbləri mövzusunda əsas məruzə ilə çıxış edib.
O, bankların normativ hesabatlılıq tələblərinin yerinə yetirilməsi prosesində artan təzyiqlərlə üzləşdiyini bildirərək, bu sahədə dəqiqlik və səmərəliliyin təmin edilməsinin vacibliyini vurğulayıb:
“Müasir, sürətlə dəyişən dünyada banklar normativ tələblərə riayət etməklə risklərin idarə olunması və effektivlik gözləntiləri arasında balans yaratmalıdırlar” deyə o bildirib. PwC inkişaf etmiş bazarlarda tətbiq olunan beynəlxalq standartlar və qabaqcıl təcrübələrə uyğun olaraq bu çağırışların öhdəsindən gəlməkdə banklara dəstək göstərir”.
Forum, həmçinin süni intellekt (AI) strategiyası və iqlim yönümlü ESG alətləri kimi aktual mövzuların müzakirəsi üçün platforma rolunu oynayıb. Günay Əsgərova PwC-nin banklara bu yeni reallıqlara uyğunlaşmaqda necə dəstək verdiyi barədə fikirlərini bölüşərək, onların rəqəmsal, inklüziv və dayanıqlı gələcəyə hazır olmasını təmin etdiyini vurğulayıb.
Bundan əlavə, Günay “Anında, İnklüziv və Ağıllı: Gündəlik Ödənişlərin Yenidən Qurulması” mövzusunda dinamik panel müzakirəsinə moderatorluq edib. Sessiyada Azərbaycan Mərkəzi Bankının nümayəndəsi Emil Ağayev və ABB Bankdan Rüstəm Abbasov kimi aparıcı sektor təmsilçiləri iştirak edərək, ödəniş sistemlərinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.
PwC Azərbaycan bank sektorunun sürətlə dəyişən dünyada inkişaf etməsi üçün zəruri alətlər və dəyərli təcrübə təmin edərək onun güclənməsinə dəstək verməyə davam edir. Azərbaycan iqtisadiyyatının rəqəmsallaşma və dayanıqlı inkişaf yolunda irəlilədiyi bir vaxtda, biz keçid prosesinin hər bir mərhələsində dəstək göstərməyə hazırıq.
Əlavə məlumat üçün bizimlə aşağıdakı elektron ünvan vasitəsilə əlaqə saxlaya bilərsiniz: [email protected]
PwC Azərbaycan haqqında
PwC Azərbaycanda biz cəmiyyətdə etimadın gücləndirilməsinə və mühüm məsələlərin həllinə önəm veririk. Qlobal şəbəkəmiz 150-dən çox ölkəni əhatə edir ki, bu da bizə peşəkar audit, məsləhət və vergi xidmətləri təqdim etməyə imkan verir. 30 ildən artıqdır ki, beynəlxalq təcrübəni yerli biliklər ilə birləşdirərək cəmiyyətimizlə birgə inkişaf edirik. Daha ətraflı məlumat üçün veb-saytımıza daxil olun: www.pwc.com/az