Bakı.Trend:
Bu gün və sabah texniki işlər səbəbilə xidmətlərdə müvəqqəti fasilələr olacaq.
Trend xəbər verir ki, bu barədə "Naxtel" MMC məlumat yayıb.
Bildirilib ki, işlər bitdikdən sonra xidmətlər normal rejimdə davam edəcək.
Qeyd edək ki, "Naxtel" MMC Naxçıvan MR-da telekomunikasiya xidmətləri göstərir. Bu ilin sentyabr ayında şirkət tekommunikasiya xidmətlərinin göstərilməsini dayandıracağını açıqlayıb. Bu səbəbdən abunəçilərə 15 dekabr tarixinə qədər öz nömrələrini "Azercell", "Bakcell" və ya "Nar" şəbəkələrinə daşımaları tövsiyə edilib.
