...

Moskva aeroportunda uçuşlar bərpa olunub

Dünya xəbərləri Materials 24 Noyabr 2025 15:45 (UTC +04:00)
Moskva aeroportunda uçuşlar bərpa olunub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyada Moskvanın Şermetyevo hava limanında hava gəmilərinin qəbulu və göndərişinə qoyulmuş məhdudiyyətlər aradan qaldırılıb.

Trend xəbər verir ki, bunu Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin rəsmi nümayəndəsi Artyom Korenyako öz “Telegram” kanalında bildirib.

Onun sözlərinə görə, öncə qəbul olunmuş məhdudiyyətlər hava gəmilərinin təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul olunmuşdu.

Qeyd edilir ki, daha əvvəl Moskvanın meri Sergey Sobyanin, hava hücumlarından müdafiə qüvvələrinin paytaxta yaxınlaşan pilotsuz uçuş aparatlarının zərərsizləşdirildiyini bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti