...

Azərbaycan XİN Türkiyə və Avstraliyanı təbrik edib

Siyasət Materials 24 Noyabr 2025 13:14 (UTC +04:00)
Azərbaycan XİN Türkiyə və Avstraliyanı təbrik edib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Qardaş Türkiyəni BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) ev sahibliyi etmək üçün seçilməsi, eləcə də Avstraliyanı danışıqlara Prezident seçilməsi münasibətilə səmimi təbrik edirik.

Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabındakı paylaşımda qeyd edilib.

"COP29-un prezidenti olaraq Azərbaycan bu mühüm missiyanın uğurla həyata keçirilməsinə tam dəstək vermək üçün əlindən gələni edəcək.

Hər iki ölkəyə uğurlar arzulayır və əminik ki, COP31 iqlim dəyişikliyi ilə mübarizəyə dair qlobal səylərə mühüm töhfələr verəcək", - məlumatda bildirilib.

Xəbər lenti

Xəbər lenti