Bakı. Trend:
Gürcüstanın qərbində güclü meşə yanğını meydana gəlib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Gürcüstan DİN-in fövqəladə halların idarəolunması xidməti məlumat yayıb.
Baqdati (İmereti vilayəti) şəhər yaxınlığında başlamış yanğının söndürülməsinə 200-ə yaxın yanğınsöndürən, xüsusi texnika və avadanlıq səfərbər olunub. Yanğın ocağının Xani kəndi yaxınlığında meydana gəldiyi bildirilir.
Yanğınsöndürmə ilə bağlı əməliyyata eyni zamanda sərhəd polisinin 3 helikopteri cəlb olunub.
