...

Azərbaycandan Niderlanda neft ixracı 2 dəfədən çox artıb

Energetika Materials 24 Noyabr 2025 14:09 (UTC +04:00)
Azərbaycandan Niderlanda neft ixracı 2 dəfədən çox artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan Niderlanda ümumilikdə 182,9 milyon dollar dəyərində 360,7 min ton bitumlu süxurlardan əldə olunmuş xam neft və neft məhsulları ixrac olunub.

Trend Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 76,1 milyon dollar və ya 1,7 dəfə, həcm baxımından isə 191,7 min ton və ya 2,1 dəfə çoxdur.

Ötən ilin ilk on ayı ərzində Azərbaycandan Niderlanda 106,8 milyon ABŞ dolları dəyərində 169 min ton neft ixrac olunmuşdu.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 10,9 milyard dollardan çox dəyərdə - 20,8 milyon tona yaxın xam neft və neft məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti