...

İngiltərə Premyer Liqasında 400-cü het-trik qeydə alınıb

İdman Materials 24 Noyabr 2025 14:58 (UTC +04:00)
İngiltərə Premyer Liqasında 400-cü het-trik qeydə alınıb

Bakı. Trend:

"Arsenal"ın yarımmüdafiəçisi Ebereçi Eze İngiltərə Premyer Liqasının tarixinə düşüb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu 12-ci turun "Tottenhem"lə matçında 3 qol vurmaqla bacarıb.

Beləliklə, 27 yaşlı futbolçu çempionat tarixinin 400-cü het-trikinin müəllifi olub. Həmçinin ingiltərəli oyunçu Premyer Liqa matçında ən azı 3 qol vuran 23-cü "Arsenal" futbolçusudur.

Qeyd edək ki, sözügedən görüşdə "Arsenal" "Tottenhem"ə 4:1 hesabı ilə qalib gəlib.

Xəbər lenti

Xəbər lenti