Bakı. Trend:
Yaponiyanın paytaxtı Tokyoda avtomobilin avtobus dayanacağındakı piyadaları vurması nəticəsində azı 10 nəfər yaralanıb, onlardan ikisi koma vəziyyətinə düşüb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Avtomobili piyadaların üzərinə sürən sürücü artıq saxlanılıb. O, hadisəni törətdikdən sonra cinayət yerindən qaçmaq istəyib. İnsidentin təfərrüatları araşdırılır.
