...

UEFA "Napoli"yə xəbərdarlıq etdi

İdman Materials 22 Noyabr 2025 13:28 (UTC +04:00)

Bakı. Trend:

UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi olan "Napoli"yə xəbərdarlıq edilib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

UEFA-nın xəbərdarlığının səbəbi Neapol təmsilçisinin 4-cü turun PSV ilə matçında (2:6) əxlaq davranışları qaydalarını pozmasıdır. Baş məşqçi Antonio Kontenin qayda pozuntularına yol verdiyi bildirilib.

Qeyd edək ki, "Qarabağ"ın "Napoli" ilə oyunu noyabrın 26-da İtaliyada keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Xəbər lenti

Xəbər lenti