...

ABŞ-nin planı Rusiya və Ukrayna arasında müzakirə olunmalıdır - Almaniya XİN

Dünya xəbərləri Materials 21 Noyabr 2025 18:32 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-nin Rusiya-Ukrayna müharibəsini bitirmək üçün hazırladığı 28 maddəlik plan Ukrayna və Rusiya arasında təcili müzakirə olunmalıdır.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful Brüsseldə Avropa İttifaqı (Aİ) Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O, bunu yekun plan kimi dəyərləndirmədiyini qeyd edib və ABŞ-nin hər iki tərəfi danışıqlar masasına gətirməyə yönəlmiş səylərini məmnuniyyətlə qarşıladığını söyləyib.

Vadeful, Almaniyanın mövqeyinin bu məsələdə Avropanın mövqeyi olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti