...

Azərbaycanda bank risklərinin azaldılması və qiymətləndirmə keyfiyyətinin yüksəldilməsi müzakirə edilib (FOTO)

İqtisadiyyat Materials 21 Noyabr 2025 12:44 (UTC +04:00)
Azərbaycanda bank risklərinin azaldılması və qiymətləndirmə keyfiyyətinin yüksəldilməsi müzakirə edilib (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Qiymətləndiricilər Palatası ölkədə bank risklərinin azaldılması və qiymətləndirmə keyfiyyətinin yüksəldilməsini müzakirə ediblər.

Bu barədə Trend tənzimləyici quruma istinadən xəbər verir.

Belə ki, Mərkəzi Bankın sədr müavini Toğrul Əliyev Azərbaycan Qiymətləndiricilər Palatasının rəhbərliyini qəbul edib.

Görüş zamanı qiymətləndirmə fəaliyyətinin hüquqi və normativ çərçivəsinin təkmilləşdirilməsi, “Beynəlxalq Qiymətləndirmə Standartları 2025” üzrə standartların tətbiqi, ekoloji, sosial və idarəetmə faktorlarının girov və aktivlərin qiymətləndirilməsinə inteqrasiyası müzakirə olunub.

Bundan əlavə, elektron platformalar və analitik sistemlərin inkişafı, bank risklərinin azaldılması və qiymətləndirmə keyfiyyətinin yüksəldilməsi kimi məsələlər müzakirə mövzuları sırasında yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti