...

D-8 Media Forumunda strateji kommunikasiya və böhranın idarə olunması məsələləri müzakirə olunub

Cəmiyyət Materials 21 Noyabr 2025 16:17 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 21-də D-8 Media Forumu çərçivəsində “Strateji kommunikasiya və böhranın idarə olunması” mövzusunda ikinci panel sessiya təşkil edilib.

Trend xəbər verir ki, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Şəfəq Mehrəliyevanın moderatorluğu ilə keçirilən panel müzakirədə Malayziya Milli Xəbər Agentliyinin Kommersiya Departamentinin rəhbəri Mastura Hassan, Nigeriyanın informasiya və milli istiqamət nazirinin tədqiqat və strategiya üzrə köməkçisi Saidu Ahmed, Pakistan Televiziyasının rəhbəri Adil Şahzeb, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin Strateji kommunikasiya və böhran idarəetməsi departamentinin rəhbəri, dosent Bora Bayraktar isə spiker qismində çıxış edərək dövlət qurumlarının kommunikasiya strategiyalarının yenilənən informasiya mühiti ilə uyğunlaşdırılması barədə fikirlərini bölüşüblər.

Panel sessiya zamanı iştirakçılar böhran vəziyyətlərində operativ, şəffaf və dəqiq məlumatlandırmanın ictimai etimadın qorunmasındakı rolunu vurğulayıblar. Müzakirələrdə rəsmi qurumların kommunikasiya fəaliyyətinin koordinasiyası, vahid informasiya axınının idarə olunması, sosial media platformalarında böhran kommunikasiya alətlərindən istifadə imkanları və informasiya risklərinin qiymətləndirilməsi kimi məsələlər geniş şəkildə təhlil edilib. Qeyd olunub ki, sürətlə dəyişən informasiya mühiti şəraitində ictimaiyyətlə sistemli kommunikasiya strategiyasının qurulması zəruridir, bu baxımdan üzv ölkələr arasında təcrübə mübadiləsi və birgə metodoloji çərçivələrin hazırlanması mühüm əhəmiyyət daşıyır.

Proqram çərçivəsində media və kommunikasiya üzrə beynəlxalq ekspert Tiffany J. Bell tərəfindən “Rəqəmsallaşan dünyada media etikası: Texnologiyalar, trendlər və narrativlər” mövzusunda vörkşop keçirilib. Vörkşop zamanı media etikasının yeni texnoloji reallıqlarda qarşılaşdığı çağırışlar, rəqəmsal platformalarda məsuliyyətli davranış qaydaları və innovativ kommunikasiya tendensiyaları haqqında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Forumda 8 ölkədən və Təşkilatın Katibliyindən 71 xarici nümayəndə olmaqla, ümumilikdə 150-ə yaxın qonaq iştirak edib.

Xəbər lenti

Xəbər lenti