Bakı. Trend:
İsveçrənin Lozanna şəhərində Roma Arxeologiya Muzeyi qarət olunub.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, Lozanna polisi muzeyin tək mühafizəçi tərəfindən qorunduğunu və onun da soyğun zamanı hadisə yerində olduğunu bildirib.
Polisin verdiyi məlumata görə, muzeyə giriş bileti alan iki şəxs mühafizəçiyə hücum edərək onu tutublar.
“Daha sonra onlar vitrini sındıraraq bir neçə qızıl sikkəni oğurladılar. Cinayətkarlar hadisə yerindən qaçdıqdan sonra mühafizəçi siqnalizasiya sistemini işə sala bildi və polis sürətlə gəldi", - deyə polisin açıqlamasında qeyd olunur.
Hələlik oğrular tutulmayıb. Hazırda oğurlanan əşyaların sayını müəyyən etmək və digər itən əşyaları dəqiqləşdirmək üçün inventarlaşdırma aparılır.