...

Bir həftə ərzində yaşıllıqlara 84 380 manat dəyərində ziyan vurulub

Cəmiyyət Materials 21 Noyabr 2025 19:04 (UTC +04:00)
Bir həftə ərzində yaşıllıqlara 84 380 manat dəyərində ziyan vurulub
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı və Gəncə şəhərlərinin, Kürdəmir, Şamaxı və İsmayıllı rayonlarının inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Bu barədə Trend-ə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri, Pirallahı rayonu, Gürgən qəsəbəsində, Gəncə şəhəri Məhsəti Gəncəvi prospekti 430 ünvanında, Kürdəmir rayonu Köhünlü kəndi ərazisində, Bakı-Şamaxı-İsmayıllı avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində və İsmayıllı rayonu Qubaxəlilli kəndi yaxınlığında ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 84 380 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti